İQTİSADİYYAT


Avropa standartlarına çatmaq üçün Statistika Komitəsinə Aİ-nin dəstəyi üzrə layihə yekunlaşıb

Yanvarın 22-də Bakıda Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq çərçivəsində icrası başa çatan “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” texniki yardım layihəsinin yekunlarına həsr olunan konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov açıq elan etdikdən sonra Baş Nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış ediblər.