DÜNYA


Xoşbəxtliyi dimdiyində olan Tukan etiraz simvolu oldu

Kosta Rikada yaşayan Qretsiya adlı tukan quşunun dimdiyinin yarısı 3D printirində hazırlanıb. Onun dimdiyini yeniyetmələr qopardığı üçün yerli baytarlar çarəni bu cür tapıblar. Dimdik plasmastdan hazırlansa da rahatdır.Tukanın başına gətirilən bu vəhşilikdən sonra ölkədə təbiətin qorunması ilə bağlı yeni qanun da qəbul edilib.