DÜNYA


DST koronavirusla bağlı qlobal fövqəladə vəziyyətə ehtiyac görmür

Dünya Səhiyyə Təşkilatı (DST) Çində yeni yayılmış koronavirusla bağlı qlobal fövqəladə vəziyyət elan olunmasına ehtiyac görmür.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı DST-nin baş direktoru Tedros Gebreyesus fövqəladə komitənin Cenevrədə keçirilən növbədənkənar iclasından sonra bildirib. Onun sözlərinə görə, virusun yayılması birmənalı şəkildə Çin üçün fövqəladə vəziyyətdir, lakin bu, hələlik qlobal səviyyədə fövqəladə vəziyyət elan etməyə əsas vermir.