"Türkiyədə zəlzələdən sonra 39 nəfər dağıntılar altından sağ çıxarılıb". AZƏRTAC Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu keçirdiyi mətbuat konfransında bildirib. O bildirib ki, zəlzələ nəticəsində Elazığda 18, Malatyada isə 4 nəfər ölüb.