MƏDƏNİYYƏT


Milli mətbəx nümunələrimiz - Fəsəli

Fəsəli əsasən bayramqabağı bişirilir. Amma onu təkcə bayramlarda deyil, toylarda və el şənliklərində də hazırlayırlar. Qərb bölgəsində fəsəli, eyni zamanda, ən sevilən şirniyyat növlərindən sayılır.
AZƏRTAC xəbər verir ki, bu gün elə də kütləvi bişirilməyən fəsəlini bir çox bölgələrdə, xüsusi ilə də kəndlərimizdə ağbirçək nənələrimiz, zəhmətkeş analarımız unutmağa qoymur, qız gəlinlərə öyrədirlər.