Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elazığda dağıntılar altında qalan 2.5 yaşlı Busenur adlı bir uşaq, zəlzələdən 24 saat sonra xilas edildi

26.01.2020 [00:40]

Elazığda baş verən zəlzələdə ailəsi ilə birlikdə dağıntılar altında qalan 2.5 yaşlı Busenur, xilasedicilərin gərgin əməyi nəticəsində 24 saat sonra xilas olundu. Atasının zəlzələdə öldüyü bildirilsə də, ananın xilas işləri hələ də davam edir.