DÜNYA


Nazir Süleyman Soylu: Dağıntılar altından 45 nəfər sağ çıxarıldı

Türkiyənin Daxili İşlər, Səhiyyə, Ətraf Mühit və Şəhərsalma nazirləri Elazığ şəhərində baş vermiş dağıdıcı zəlzələnin nəticələrinə dair birgə mətbuat konfransı keçiriblər. AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Daxili İşlər naziri Süleyman Soylu dağıntılar altından 45 nəfərin sağ çıxarıldığını deyib. Bildirilib ki, yeraltı təkanların meydana gəldiyi vaxtdan indiyədək bölgədə 4 baldan çox 20 yeraltı təkan və 678 afterşok qeydə alınıb. Əraziyə 10 mindən çox çadır göndərilib. Onlardan 6 min 455-i artıq qurulub.
Qeyd edək ki, ən son verilən məlumatlarda zəlzələ qurbanlarının sayının 35 nəfərə çatdığı bildirilir.