DÜNYA


Qazaxıstanın paytaxtında bütün aviareyslər təxirə salınıb

Hava şəraiti ilə əlaqədar Qazaxıstanın paytaxtındakı hava limanında bütün reyslər təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanının mətbuat xidmətinin nümayəndəsi Jenis Əhmətcanov yerli KİV-lərə məlumat verib.
O, deyip ki, Nursultan Nazarbayev Beynəlxalq Hava Limanı, çətin hava şəraiti və məhdud görünmə səbəbiylə təhlükəsizliyi təmin etmək məqsədi ilə bütün gəliş və gediş uçuşlarını qeyri-müəyyən müddətə təxirə salınıb. Küləyin sürəti saniyədə 20-24 metrə çatır.
Çovğun və güclü külək səbəbiylə yanvarın 27-də Nur-Sultan şəhərində məktəblər, kolleclər və məktəbəqədər mərkəzlər bağlı olacaq. Şəhərdə qarları təmizləmək üşün hərbçilər və polislər səfərbər olub.