Parisdə yanğınsöndürənlərlə polis arasında toqquşma olub
29.01.2020 [00:39]
Fransanın paytaxtı Parisdə yanğın xidmətinin işçiləri nümayişə çıxıblar. AZƏRTAC RT-yə istinadən xəbər verir ki, onlar hökumətin təqaüd islahatı proqramına qarşı etiraz ediblər. Paytaxtın Respublika meydanından Millət meydanına doğru yürüş edən etirazçılarla polis arasında yolboyu toqquşmalar olub, nümayişçilərdən 6 nəfər saxlanılıb.