DÜNYA


Yamayka sahillərində 7,7 bal gücündə zəlzələ baş verib

ABŞ Geoloji Xidmətinin yaydığı məlumata görə, yeraltı təkanların episentri Lusea şəhərindən 117,4 kilometr aralıda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. AZƏRTAC Anadolu agentliyinə istinadən bildirir ki, xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir. Zəlzələdən sonra yerdə böyük dəliklər də qeydə alınıb. Yamayka, Kuba və Kayman adaları üçün daha əvvəl Karib dənizində baş verən zəlzələdən sonra sunami təhlükəsi elan edilib.