Azərbaycan Dövlət İnformasiya Agentliyi

Koronavirusun episentri olan Xubey vilayətinə əlavə 2287 tibb işçisi ezam olunub

29.01.2020 [14:20]

Xəbərin mətni

Çində koronavirusun yeni ştammının səbəb olduğu sətəlcəmlə mübarizə məqsədilə virusun episentri olan Xubey vilayətinə ölkənin digər bölgələrindən əlavə 2287 tibb işçisi ezam olunub.
AZƏRTAC Çin Dövlət Səhiyyə Komissiyasına istinadla xəbər verir ki, Şanxay şəhərindən, Quandun və Qansu vilayətlərindən, Sincan Uyğur Muxtar rayonundan 21 tibb qrupu Xubeyə göndərilib.