DÜNYA


Çində koronavirusdan ölənlərin sayı 170 nəfərə çatıb

Çində koronavirusun indiyədək aşkar edilməmiş ştammına (2019-nCoV) yoluxanların sayı 7 min 742, bu virus səbəbindən ölənlərin sayı isə 170 nəfərə çatıb.
AZƏRTAC Çin Dövlət Səhiyyə Komissiyasının məlumatına istinadla xəbər verir ki, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 12 min 167 nəfərə çatıb. İndiyədək 130 nəfər sağalaraq xəstəxananı tərk edib.