İQTİSADİYYAT


ABŞ ticarət missiyası Azərbaycana gələcək

ABŞ-Azərbaycan Ticarət Palatası və Amerika-Gürcüstan Biznes Şurasının birgə təşkilatçılığı ilə ABŞ-Azərbaycan Ticarət Palatasının Vaşinqtonda yerləşən inzibati binasında bu il aprelin 5-10-da ABŞ-dan Azərbaycana və Gürcüstana baş tutacaq ticarət missiyasına həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ticarət assosiasiyalarının üzv və tərəfdaş şirkətləri, ABŞ dövlət qurumlarının nümayəndələri və hər iki ölkənin diplomatik missiyalarının nümayəndələri iştirak ediblər. Tədbirin xüsusi qonaqları qismində Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov və Gürcüstanın İqtisadiyyat nazirinin müavini Genadi Arvaledze iştirak ediblər.