Həzi Aslanovun 110 illiyinə həsr olunan vətənpərvərlik tədbiri keçirilib
01.02.2020 [00:52]
“Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Tədbirlər Planı çərçivəsində yanvarın 31-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında "Xatirələrdə, ürəklərdə yaşayan yenilməz sərkərdə" adlı vətənpərvərlik tədbiri keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin, general Həzi Aslanovun timsalında Böyük Vətən müharibəsində həlak olan qəhrəmanların, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.