İQTİSADİYYAT


Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 12-ci iclası keçirilib

Yanvarın 31-də Kiyevdə Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanla Ukrayna arasında siyasi və iqtisadi sahələrdə dinamik əməkdaşlığın davam etdiyini deyən Ukraynanın İnfrastruktur naziri, komissiyanın həmsədri Vladislav Krikli hər iki ölkənin enerji, sənaye, nəqliyyat, kənd təsərrüfatı, turizm, səhiyyə və təhsil sahələrində birgə layihələr həyata keçirməsinin vacibliyini vurğulayıb.