Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çində koronavirusdan ölənlərin sayı 259 nəfərə çatıb

01.02.2020 [11:00]

Çində koronavirusun indiyədək aşkar edilməmiş ştammına (2019-nCoV) yoluxanların sayı 11 min 821, bu virus səbəbindən ölənlərin sayı isə 259 nəfərə çatıb.
AZƏRTAC Çin Dövlət Səhiyyə Komissiyasının məlumatına istinadla xəbər verir ki, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı təxminən 18 min nəfərdir. İndiyədək 245 nəfər sağalaraq xəstəxananı tərk edib.