DÜNYA


Partlayış təhlükəsi səbəbilə təcili eniş edən təyyarənin görüntüləri yayımlandı

İnternetdə Simferopoldan Moskvaya uçan S7 aviaşirkətinə məxsus Airbus 321 təyyarəsinin görüntüləri yayımlanıb. İlkin məlumata görə, uçuş zamanı sərnişinlərdən biri çantasında partlayıcı qurğunun olduğunu deyib və onun dərhal saxlanıldığı bildirilir. AZƏRTAC "RİA Novosti"yə istinadən xəbər verir ki, sərnişində partlayıcı qurğunun olması barədə məlumat təsdiqlənməyib.