CƏMİYYƏT


Türkiyə və İrana mahlıc ixrac edir, müəssisə yeniləndikdən sonra isə istehsalı iki dəfə artacaq – Biləsuvardan REPORTAJ

Son illərdə ölkəmizdə pambıqçılıq ən yüksək səviyyəyə çatdırılıb. Ötən mövsüm iri pambıqçılıq rayonu olan Biləsuvarda 31 min tona yaxın xam pambıq istehsal olunub. Məhsuldarlıq 2018-ci illə müqayisədə 58,2 faiz artıb.
AZƏRTAC xəbər verir ki, ötən il biləsuvarlı pambıqçılar dövlətin göstərdiyi güzəştlərdən, kompleks tədbirlərdən yararlanaraq bu sahədə böyük uğura imza atıblar. Əgər 2018-ci ildə 12 min hektar sahədə pambıq əkilmişdisə, ötən il əkin sahəsi azaldılaraq 10 min 257 hektar olub. Əkin sahəsi azalsa da, yüksək aqrotexniki qulluq məhsuldarlığa müsbət təsir göstərib. İstehsalçıların, hər hektardan əldə etdiyi orta məhsuldarlıq 29,9 sentner təşkil edib. Fərdi qaydada mülkiyyətçi və fermerlər 1 hektardan hətta 50-55 sentner məhsuldarlıq əldə ediblər.

Embed code:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır