Pişik ticarət mərkəzinin bağlı tavanında 2 il yaşadı
01.02.2020 [18:37]
Cənubi Koreyada bir ticarət mərkəzinin tavanı arasında qalmış pişiyi burada işləyən bir kişi iki il bəsləyib. O, hər gün divardakı panellərin arasından heyvana yem və su verib. Endoskop aparatının köməyi ilə heyvanın dəqiq harada olduğunu öyrəndikdən sonra tavanı kəsərək onu xilas ediblər. İki il tək və qaranlıqda qalan pişiyin işığa və ətrafdakılara reaksiyası aqressiv olub.