Səfir: Vətəndaşlarımızla telefon əlaqəsi saxladım, onların hər biri özünü yaxşı hiss edir
02.02.2020 [01:05]
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Çindən təxliyə edilən vətəndaşlarımızla bağlı Türkiyə mətbuatına müsahibəsində deyib.
Səfir altı vətəndaşımızın Çinin Uxan şəhərindən çıxarılmasının Azərbaycan və Türkiyə dövlət başçılarının birgə danışıqları nəticəsində həyata keçirildiyini bildirib. O, Türkiyə hökumətinə göstərdikləri köməyə görə təşəkkürünü bildirib.
X.İbrahim qeyd edib ki, soydaşlarımızla telefonla əlaqə saxlayaraq, səhhətləri ilə maraqlanıb. Onların hər biri özünü normal hiss edir.