CƏMİYYƏT


Çinlilər 10 günə xəstəxana tikdilər

Koronavirusun yeni növünün episentri olan Çinin Uxan şəhərində virusa yoluxan xəstələrin yerləşdirilməsi üçün inşa edilən mobil xəstəxana istifadəyə hazırdır.
AZƏRTAC xəbər verir ki, yanvarın 25-də başlanılan quraşdırma işləri gündə 3 növbədə aparılıb. Şəhərdə virusa yoluxma hallarının çoxalmasının yaratdığı tələbə əsasən inşa olunan 1000 çarpayılıq xəstəxananın ümumi sahəsi əvvəlcə 25 min kvadratmetr nəzərdə tutulsa da, sonradan layihə dəyişdirilərək, bu rəqəm 34 min kvadratmetrə çatdırılıb.