DÜNYA


Dünya bu görüntülərdən danışır - İndoneziya Çindən gələn sərnişinləri belə qarşıladı

İndoneziya Çinin Uxan şəhərindən vətəndaşlarını təxliyə edib. Onları hava limanında İndoneziyanın tibb heyəti qarşılayıb. AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, sosial şəbəkələrdə Cakartaya enən təyyarələrdən birinin sərnişinlərinin dezinfeksiya prosesindən keçməsini əks etdirən video yayılıb. Kadrlarda göründüyü kimi, maskalı sərnişinləri kimyəvi müdafiə kostümü geymiş insanlar qarşılayır və təyyarədən enən kimi onları dezinfeksiya etməyə başlayırlar.