İQTİSADİYYAT


Regional konfrans çərçivəsində sahibkarlarla müzakirələr aparılıb

Fevralın 3-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində panel iclaslar keçirilib.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat panelində İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, bir sıra rayonların icra hakimiyyəti başçıları və sahibkarlar iştirak ediblər.