Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çində koronavirusdan ölənlərin sayı 426-ya çatıb

04.02.2020 [10:51]

Çində koronavirusun aşkar edilməmiş növünə (2019-nCoV) indiyədək yoluxanların sayı 20 min nəfəri ötüb. Bu virus səbəbindən ölənlərin sayı isə 426-dir. Ölüm hallarının 425-ci Çinin materik hissəsində, biri isə Honkonq xüsusi inzibati bölgəsində qeydə alınıb.