DÜNYA


Uxanda idman arenaları və sərgi mərkəzləri xəstəxana kimi fəaliyyət göstərəcək

Koronavirusun yeni növünün episentri olan Çinin Xubey vilayətinin Uxan şəhərində idman arenaları və sərgi mərkəzləri də daxil olmaqla iri binalar müvəqqəti olaraq xəstəxanalara çevrilir.
AZƏRTAC xəbər verir ki, virusa yoluxanların yerləşdirilməsi üçün yaranan xəstəxana çatışmazlığı səlahiyyətli qurumları bu qərarı qəbul etməyə vadar edib. Honşan idman sarayı, Uxan beynəlxalq konfrans və sərgi mərkəzi də daxil olmaqla artıq bir neçə binanın xəstəxanaya çevrilməsi prosesinə başlanılıb. Bu müvəqqəti xəstəxanalarda ümumilikdə 3400 çarpayı quraşdırılacaq.