Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeddi kiloqramdan çox narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb

04.02.2020 [18:43]

Xəbərin mətni

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarəyə paytaxtın Nizami rayonunda bir nəfərin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə əməkdaşlarının keçirdikləri tədbir zamanı həmin şəxs - Bakı şəhər sakini Daşqın Axundzadə tutulub. Onun üzərində axtarış aparılan zaman 25,870 qram marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamında Daşqın Axundzadənin yaşadığı evdən əlavə 4 kiloqram 575,165 qram heroin, 2 kiloqram 140 qram güclü təsiredici xassəyə malik metamfetamin, ümumi çəkisi 27 qram olan, satışı qadağan edilən psixotrop tərkibli 180 ədəd “Preqabalin” həbi və elektron tərəzi aşkar edilərək götürülüb.