Xızıda avtomobil və 40 baş keçini soyğunçuluq yolu ilə aparan şəxs saxlanılıb
05.02.2020 [14:49]
Xəbərin mətni
Xızı Rayon Polis Şöbəsinin əməkdaşları Yeni Yaşma kəndi ərazisindən Sumqayıt şəhər sakini Rüfət Sadıqova məxsus “Niva” markalı avtomobili qaçırmaqda və Yaşma qəsəbəsi ərazisində Qobustan rayon sakini İlqar Məmmədovun otardığı 40 baş keçini soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən Emin Sadıqovu saxlayıb.