DÜNYA


İstanbulda təyyarə qəzasında ölən və yaralanların sayı artıb YENİLƏNİB

İstanbulun Sabiha Gökçən hava limanında baş verən təyyarə qəzasında ölənlərin sayı 3 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca söyləyib.
O bildirib ki, son məlumatlara görə qəzada 179 sərnişin yaralanıb.


22:49

İstanbulda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanların sayı artıb. Sabiha Gökçən hava limanında baş vermiş qəza ilə bağlı son məlumatlara əsasən, indiyədək 120 nəfər ətraf xəstəxanalara yerləşdirilib. Təyyarədə olanların təxliyə işləri davam etdirilir. AZƏRTAC xəbər verir ki, təyyarədə 155-i Türkiyə vətəndaşı olmaqla 177 sərnişin və 6 ekipaj üzvü olub. Onlardan ikisi azyaşlıdır. Qəza nəticəsində həlak olan yoxdur. Hava limanında uçuşlar müvəqqəti dayandırılıb. Sabiha Gökçən aeroportuna təyin edilən reyslər İstanbul hava limanına yönləndirilib.

21:11

İstanbulun Sabiha Gökçən hava limanında İzmir-İstanbul səfərini reallaşdıran təyyarə eniş edərkən uçuş-enmə zolağından çıxıb. Təyyarədə 177 sərnişin olub. Anadolu Agentliyi ölənlərin olmadığı, 52 nəfərin yaralandığı barədə məlumat yayıb. İlkin versiyaya görə, təyyarə sərt eniş edib və sonra zolaqdan çıxıb. 

Foto/Video: Anadolu Agentliyi