Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstanbulda təyyarənin uçuş zolağından çıxma anının görüntüləri yayıldı

05.02.2020 [23:59]

< İstanbuldakı təyyarə qəzasının baş verdiyi anın görüntüləri yayılıb. Türkiyə mətbuatında yayılmış videoda təyyarənin uçuş zolağından çıxması əks olunub. Xatırladaq ki, İzmirdən İstanbula uçan sərnişin təyyarəsi Sabiha Gökçən hava limanında sərt eniş edərkən uçuş-enmə zolağından çıxıb və üç hissəyə parçalanıb.