DÜNYA


Çində koronavirusa yoluxanların sayı 28 minə, ölənlərin sayı isə 564-ə yüksəlib

Çində koronavirusun yeni növünə (2019-nCoV) yoluxanların sayı 28 min 73, bu virus səbəbindən ölənlərin sayı isə 564 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 24 min nəfərdən çoxdur. İndiyədək 1163 nəfər sağalaraq xəstəxananı tərk edib, virusa yoluxanlardan 3 min 859 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Ölüm hallarının 549-u virusun aşkarlandığı və ən çox yayıldığı (19 min 665 nəfər) Xubey vilayətində qeydə alınıb.