SİYASƏT


Mövlud Çavuşoğlu: Bizim üçün türk vətəndaşı və ya Azərbaycan vətəndaşı arasında heç bir fərq yoxdur

"Bizim üçün türk vətəndaşı və ya Azərbaycan vətəndaşı arasında heç bir fərq yoxdur". AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Xarici İşlər nazirlərinin Bakıda keçirilən növbədənkənar iclasından sonra jurnalistlərə açıqlamasında deyib. O, ötən gün baş verən təyyarə qəzasından danışarkən qeyd edib ki, Azərbaycan vətəndaşı ilə Türkiyə vətəndaşının heç bir fərqi yoxdur: "Yaralılar xəstəxanalara yerləşdirilib, lazımi müalicələr aparılacaq. Yaralılar arasında bir Azərbaycan vətəndaşı da var". Xatırladaq ki, İstanbulda "Pegasus" aviaşirkətinə məxsus təyyarə Sabiha Gökçen hava limanına sərt eniş edib və zolaqdan çıxaraq yanıb və parçalanıb. Hadisə nəticəsində 3 nəfər həlak olub. 179 nəfər xəstəxanalara müraciət edib. Yaralılar arasında bir azərbaycanlı da var.