BƏƏ-nin Xarici İşlər nazirinə diplomatik xidmət orqanlarımızın yubiley medalı təqdim olunub
06.02.2020 [15:54]
Xəbərin mətni
Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Al Nahyana “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı təqdim edilib.
Ölkəmizin BƏƏ-dəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, yubiley medalı nazirə Azərbaycanın bu ölkədəki səfiri Mahir Əliyev ilə görüşdə təqdim olunub.