Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyənin Xarici İşlər naziri: Bu ordenə layiq görülmək mənim üçün böyük şərəfdir

06.02.2020 [15:30]

"Bu ordenə layiq görülmək mənim üçün böyük şərəfdir. Qardaş Azərbaycanın haqqını hər zaman müdafiə edəcəyəm". AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Xarici İşlər nazirlərinin Bakıda keçirilən növbədənkənar iclasından sonra jurnalistlərə açıqlamasında deyib. Nazir əlavə edib: "Azərbaycan Türkiyənin olmadığı yerdə onun maraqlarını qoruyub, Türkiyə də Azərbaycanın. Biz hər zaman bir-birimizin hüquqlarını qoruyacağıq”. Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Xarici İşlər nazirlərinin növbədənkənar iclası keçirilir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI