Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mövlud Çavuşoğlu: Bizim səbrimizin də həddi var

06.02.2020 [17:00]

"İdlibdəki rejimin hücumu narahatlıq doğurur". AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib. Türkiyənin Xarici İşlər naziri deyib: “Biz Rusiya ilə danışıqlar aparırıq və birgə işləmək barədə qərar alınıb. Məqsədimiz orda toqquşmaların durdurulmasıdır. Bizim əsgərlərimizə hücum edən rejimdir. Əlbəttə, bizim də səbrimizin həddi var. 8 əsgərimiz şəhid ediləndə qarşılığını verdik. Suriya rejimi dayanmazsa, qat-qat artıq cavabını verəcəyik”.

BÖLMƏNİN DİGƏR VİDEOLARI