DÜNYA


Çində koronavirusa yoluxanların sayı 31 mini ötüb

Çində koronavirusun yeni növünə yoluxanların sayı 31,1 mini ötüb, bu xəstəlikdən 636 nəfər ölüb, 1540 nəfər sağalıb. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə Məsələləri Dövlət Komitəsi məlumat yayıb. Mərkəzi hökumət orqanlarının məlumatına görə, ölkədə 186 mindən çox insan karantindədir.