DÜNYA


Çin hökuməti epidemiyaya qarşı mübarizəyə 10 milyard dollar sərf edib

Çin hökuməti ölkədə koronavirus epidemiyası ilə mübarizəyə 28,48 milyard yuan (təxminən 4,08 milyard ABŞ dolları) əlavə vəsait ayırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Maliyyə nazirinin müavini Yu Veypin məlumat verib. Bununla hökumətin ölümcül virusla mübarizə və profilaktik tədbirlərə ayırdığı vəsaitin ümumi məbləği 66,74 milyard yuana (9,58 milayrd dollar) çatıb.