Avstraliyanı yüz minlərlə yarasa bürüyüb
07.02.2020 [18:07]
Yüz minlərlə yarasa Avstraliyanın Kvinsland əyalətindəki İnqam şəhərinə hücum edib. Onların sayı indi qəsəbədəki sakinlərdən çoxdur. AZƏRTAC BBC-yə istinadən xəbər verir ki, bu xaos yerli sakinlərin təşvişinə səbəb olub. Bütün bu narahatlığa baxmayaraq onların öldürülməsinə icazə verilmir.