Azərbaycan Dövlət İnformasiya Agentliyi

Maştağa qəsəbəsində silahlı şəxs saxlanılıb

08.02.2020 [11:41]

Xəbərin mətni

Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Sabunçu rayon sakini Elxan Vahabov Maştağa qəsəbəsində tutulub. Onun üzərinə və yaşadığı evə baxış zamanı "TT" markalı tapança, həmin silaha məxsus beş patron və daraq, eləcə də “TOZ” markalı tüfəng aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu etiraf edib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI