DÜNYA


Tailandda əsgər insanlara atəş açdı: 12 ölü

Tailandın şimal-şərqində yerləşən Nakhonratchasima şəhərinin ticarət mərkəzində bir əsgər insanları güllələdi. AZƏRTAC "Лента.ру"ya istinadən xəbər verir ki, ilkin məlumatlara görə, ən azı 12 nəfər həlak olub. 20 nəfərə yaxın adamın girov götürüldüyü bildirilir. Hadisə yerinə xüsusi xidmət orqanlarının əməkdaşları cəlb edilib.