Qarlı və şaxtalı hava kənd təsərrüfatı üçün çox əlverişlidir
08.02.2020 [18:38]
Xəbərin mətni
Yardımlıya bərəkət rəmzi olan qarın yağması bu il kənd təsərrüfatı məhsullarının, əsasən də taxılın bol olacağını deməyə əsas verir.
AZƏRTAC xəbər verir ki, havanın qarlı və şaxtalı keçməsi kənd təsərrüfatı üçün çox əlverişlidir. Mütəxəssislər iqlimin fəslə uyğun davam etməsini həm insan sağlamlığı, həm də epidemioloji baxımdan vacib sayırlar. Xüsusilə gecə saatlarında şaxtaların düşməsinin taxıl, tərəvəz-bostan bitkilərinə, eləcə də meyvə ağaclarına müsbət təsiri var.