Milli Məclisə seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
08.02.2020 [18:26]
Bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 9 fevral Milli Məclisə seçkilərlə əlaqədar mətbuat konfransı keçirib. Məzahir Pənahov deyib ki, Milli Məclisə seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Beynəlxalq müşahidəçilər 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edirlər. Göründüyü kimi, beynəlxalq müşahidəçilər həm say baxımından, həm də coğrafi baxımdan kifayət qədər əhatəlidir. Qeydiyyatdan keçmiş yerli müşahidəçilərin sayı isə 77 min 790-dır. Onlardan 35 min 152-si siyasi partiyaların, 2737-si isə QHT-lərin təmsilçiləridir. Sədr bildirib ki, parlament seçkilərinin gedişini 132 beynəlxalq KİV-in 199 təmsilçisi işıqlandıra biləcək. Bu KİV-lər 47 ölkəni təmsil edirlər.