MSK seçici fəallığı ilə bağlı ictimaiyyətə gün ərzində 5 dəfə məlumat verəcək
09.02.2020 [08:46]
MSK seçici fəallığı ilə bağlı gün ərzində ictimaiyyətə 5 dəfə məlumat verəcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov parlament seçkilərinin açıq elan edilməsi ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, səsvermə günü saat 10.00-da, 12.00-da, 15.00-da, 17.00-da və 19.00-da “Seçkilər” İnformasiya Mərkəzinin informasiya zalından seçkilərin gedişinə dair məlumatlar yayımlanacaq.