Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gün Azərbaycan Milli Məclisinə seçkilər keçirilir

09.02.2020 [08:10]

Fevralın 9-da səhər saat 08.00-da Azərbaycanın bütün ərazisində Milli Məclisə seçkilər keçirilir. Müşahidə apardığımız 29 saylı Səbail seçki dairəsinin 4 saylı seçki məntəqəsində səsvermə vaxtında başlayıb. Səsvermə hüququ olan vətəndaşlar səhər saat 8-dən seçki məntəqəsinə gələrək istədikləri namizədə səs verir. Seçkilər ümumilikdə 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçirilir. Məntəqələrdə 5 milyon 329 min 460 seçicinin səs verməsi üçün hər cür şərait yaradılıb. Məntəqələrə 5 milyon 387 min 600 seçki bülleteni paylanılıb. Parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparır. Səsvermə saat 19:00-da başa çatacaq.

BÖLMƏNİN DİGƏR VİDEOLARI