DÜNYA
Tailandda onlarla insanın qətlinə səbəb olan hadisənin səbəbləri açıqlanıb
09.02.2020 [10:11]
Власти Таиланда рассказали о мотивах стрелка из ТЦ: бытовой конфликт — его обманули при продаже дома. Поэтому он украл оружие и убил 27 человек. На видео — штурм здания, во время которого стрелок был ликвидирован https://t.co/nr8awYF4fj pic.twitter.com/7MiXEGtaSY
— Лента.ру (@lentaruofficial) February 9, 2020
Tailandın Nakxon Ratçasima şəhərində ticarət mərkəzlərindən birində onlarla insanı öldürmüş və yaralamış 32 yaşlı hərbçi Çakrapant Thommanın bunu məişət zəminində etdiyi bildirilir. AZƏRTAC "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ölkənin baş nazir Prayut Chan-ocha deyib. Onun sözlərinə görə, münaqişəyə səbəb onun ev satarkən aldadılması olub. Nəticədə o, qəzəblənərək xidmət etdiyi hərbi hissədə öz komandirini və daha 2 nəfəri güllələyib. Sonra isə avtomobili qaçıraraq gizlənib. Cinayətkar "Terminal-21" ticarət mərkəzinə gedən yolda, habelə ticarət mərkəzində dinc insanlara atəş açıb. Nəticədə silahlı özü də daxil olmaqla 27 nəfər həlak oldu, 57 nəfər yaralanıb.