Azərbaycan Dövlət İnformasiya Agentliyi

Haber Global: Azərbaycan Prezidenti İlham Əliyev səs verdi

09.02.2020 [13:49]

Xəbər verdiyimiz kimi, Azərbaycanda keçirilən parlament seçkiləri Türkiyənin televiziya kanalları tərəfindən də işıqlandırılır. Türkiyənin "Haber Global" televiziya kanalı dövlət başçımızın ailə üzvləri ilə birlikdə seçkilərdə səs verdiyi ilə bağlı xəbər yayıb: "Azərbaycan Prezidenti İlham Əliyev, seçkinin ilk saatlarında birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə parlament seçkilərində səsvermədə iştirak etdi. İlkin nəticələrin bu gün axşam açıqlanacağı gözlənilir".

BÖLMƏNİN DİGƏR VİDEOLARI