DÜNYA


Rusiyada təyyarə sərt eniş edib - Sərnişinlər həmin anı videoya çəkiblər

Rusiyanın UTair aviaşirkətinə məxsus təyyarəsi Usinsk şəhərinin hava limanında sərt eniş edib. TASS-ın məlumatına görə, təyyarənin şassilərində problem olub. Sərnişinlərdən heç kim zərər çəkməyib. Boeing-737 təyyarəsi isə eniş zamanı zədələnib və uçuş-eniş zolağı kənarında dayanıb.

Təyyarədə 94 sərnişin olub. Onların hamısı qəzadan sonra təyyarəni özləri tərk ediblər.