Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məntəqələrdə seçki prosesi davam edir

09.02.2020 [15:51]

Fevralın 9-da Azərbaycanda Milli Məclisə keçirilən seçkilər davam edir. Müşahidə apardığımız 17 saylı Yasamal 3-cü seçki dairəsinin 27 saylı məntəqəsində səsverməni yerli və beynəlxalq müşahidəçilər izləyirlər. 23 saylı Nəsimi - Səbail seçki dairəsinin 7, 8 və 9-cu məntəqələrində də seçici fəallığı müşahidə olunur. Burada da seçki prosesini yerli və beynəlxalq müşahidəçilər izləyirlər. Hər üç məntəqə veb-kameralarla təhciz olunub. Həmçinin məntəqələrdə keçirilən seçkiləri “exit poll” da izləyir. Xatırladaq ki, səhər saat 8-dən başlayan səsvermə saat 19:00-da başa çatacaq.

BÖLMƏNİN DİGƏR VİDEOLARI