DÜNYA


İngiltərədə güclü fırtına: Uçuşlar ləğv edildi

İngiltərədə bu gün gecədən başlayan Ciara fırtınası səbəbindən bir çox hava yolları uçuşları təxirə saldı.
AZƏRTAC "BBC"yə istinadən xəbər verir ki, fırtınaya görə ölkədə dəmiryol xidmətləri dayandırılıb, istirahət parkları bağlanıb və Premyer Liqa oyunu da daxil olmaqla idman tədbirləri ləğv edilib.
Sinoptiklər Ciara fırtınasını 2013-cü ildən bəri ilk dəfə müşahidə edilən güclü təbiət hadisəsi kimi dəyərləndiriblər. Məlumata görə, küləyin intensivliyi saatda 90 mil (144 km) olduğu İngiltərədə narıncı həyəcan elan edilib. Ölkə daxilində 200-dən çox yerdə daşqın xəbərdarlığı olunub.