Azərbaycan Dövlət İnformasiya Agentliyi

120 yaşlı Püstə nənənin evinə daşınan seçki qutusu aparılıb

09.02.2020 [17:07]

Xəbərin mətni

Ağcabədi rayonunun ən yaşlı seçicisi, Qaravəlli kənd sakini 120 yaşlı Püstə Təhməzova Milli Məclisə keçirilən seçkilərdə səs verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Püstə Təhməzova səhhəti ilə əlaqədar seçki məntəqəsinə gedə bilmədiyinə görə səsvermədə iştirak etmək üçün evinə daşınan seçki qutusunun gətirilməsini istəyib. Onun ərizəsi əsasında evə səyyar seçki qutusu gətirilib və Püstə Təhməzova istədiyi namizədə səs verib.