Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda Milli Məclisə seçkilərlə əlaqədar səsvermə başa çatdı

09.02.2020 [19:04]

Saat 19:00-da Azərbaycanda Milli Məclisə seçkilərlə əlaqədar səsvermə başa çatıb. 

Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI